Foto 09:03 18.04.2018

Buş ailəsinə ağır itki üz verdi (FOTOLAR)

ABŞ-ın 41-ci prezidenti ata Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Buş ailəsinin sözçüsü Cim Makqraf açıqlama yayıb. Açıqlamada bildirilir ki, o, dünən vəfat edib və dəfn mərasimi ilə bağlı detallar daha sonra açıqlanacaq.

Barbara Buşun oğlu, eyni zamanda 43-cü prezidenti oğul Corc Buş da anasının vəfatı ilə bağlı açıqlama verib.

"Barbara Buşun oğlu olduğum üçün şanslı bir insanam. Ailəmiz onun üçün çox darıxacaq və bu vəziyyətdə yanımızda olduğunuz üçün təşəkkür edirəm", - deyə o, bildirib.