Dünya 23:00 23.01.2014

Castin Biber həbs olundu - FOTO

19 yaşlı kanadalı müğənni Castin Biber Mayamidə həbs olunub.


ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, pop-ulduz dostları ilə birlikdə maşın yarışı təşkil edib. Bunun üçün o, 400 metrlik yarış yeri hazırlayıb.

Polis əməkdaşları Biberi saxlayıb və sarı "Lamborcini"sini cərimə mərkəzinə göndərib. Polis işçiləri eləcə də, bildiriblər ki, Castin həmin vaxt narkotika təsiri altında olub.

Qeyd edək ki, ötən həftə Los-Ancelesdə ifaçının evində axtarış keçirilib. Buna səbəb olaraq Castinin qonşusunun polis bölməsinə şikayət etməsi olub. O, izahatında qeyd edib ki, Castin onun evinə çox saylı yumurta atıb. Axtarış zamanı müğənninin evindən kokain tapılıb. Sən demə həmin gün pop-ulduzun evində 10 nəfərdən ibarət şənlik təçkil olunub.

Qaynar.info