Foto 13:19 19.06.2018

Cəlilabadda tarixi tapıntı: qədim insanların əşyaları tapıldı (FOTO)

Cəlilabadda qədim dövrə aid əmək alətləri tapılıb.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, rayonun Şatırlı kəndində kənd sakinləri tərəfindən tapılan maddi–mədəniyyət nümünlərindən birinin əkinçilik aləti olduğu ehtimal olunur. Həmin alətdən, iti uclardan ibarət cilalanmış daşa ağac bərkitməklə torpağın qazılması üçün istifadə olunub. Tarixçilər ərazidən tapılmış əmək alətinin nadir mədəniyyət nümünələrindən biri hesab olunduğunu bildirir.

Digər əmək aləti isə qədim insanların daşdan hazırladıqları bıçağın qalıqlarıdır. Yalnız dəstək hissəsi qalan kəsici alətdən bir vaxtlar geniş istifadə olunub.

Şatırlı kəndində qədim dövrlə yanaşı, orta əsrlərə aid olan, üzərində xüsüsi  naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb. Tarixçilərin sözlərinə görə, bu tapıntının aşkar olunması orta əsrlərdə sözügedən ərazidə  toxuculuğun ən yüksək mərhələdə inkişaf etdiyini deməyə əsas verir.