Xəbər lenti

Sənət 20:46 24.07.2014

Cəmil Quliyev kimdir ki? - Rasim Balayev

"Cəmil Quliyev kimdir ki, məndən xoşu gəlməsin. O heç mənim gözümə görükmür. Bilirsən necədir, ola bilsin həyatdır da, o da zəmanənin yetirməsidir. Amma bunun mənə yaxşı, ya pis münasibət bəsləməyi heç nə demir. Çünki o nə rejissordur, nə bilim kimdir. Dediyim odur ki, onun mənə münasibətinin heç bir dəxli yoxdur. Heç o məni, qətiyyən, narahat eləmir". 

Qaynar.info xəbər verir ki, bunu Aktual.az-a Rasim Balayev İTV baş direktoru Cəmil Quliyevin ona münasibətini şərh edərkən deyib. 

R.Balayev bildirib ki, o, heç kimə qarşı olmayıb:

"Amma olur da insanın kiməsə qarşı paxıllıq hissi var. Bilirsən, qurban olduğum Allah elə yaradıb ki, hərənin dünyada yaxşı və ya pis yeri var. O gəlib ömrünü sürüb gedir, bəzisi rəhmət qazanır, bəzisi qazanmır. Vəssalam".

Xatırladaq ki, vaxtilə Rasim Balayev və Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunublar. Sonradan tərəflər arasında fikir ayrılığı yaranıb. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->