Xəbər lenti

Dünya 13:58 24.06.2018

Cənubi Liviyada qaçırılan 3 türk mühəndis sərbəst buraxıldı

Liviya hökuməti ölkənin cənubunda yerləşən Ubari şəhərində ötən il qaçırılan 3 türk mühəndisin dünən sərbəst buraxıldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, qaçırılan mühəndislər Osman Emre Yaykın, Tuğrul Can KapubağlıSertaç Karan yaxın günlərdə Liviyanın paytaxtı Tripolidən Türkiyəyə göndəriləcəklər.

Qeyd edək ki, ötən ilin noyabrında 3-ü Türkiyədən, 1-i isə Cənubi Afrikadan olan 4 mühəndis bir qrup silahlı şəxslər tərəfindən qaçırılmışdı. Cənubi Afrikadan qaçırılan mühəndisin aqibəti isə hələlik bilinmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->