Ölkə 13:30 24.05.2018

Nazir açıqladı: Məktəblərə qəbul necə aparılacaq?

"Bakı məktəblərində 10 faiz sıxlıq var”.

Qaynarinfo-nun məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, buna səbəb həmin məktəblər üzrə müraciət edənlərin sayının çox olmasıdır: "Ona görə də təklif etdik ki, ilk növbədə müvafiq məktəbin əhatə etdiyi ərazidə yaşayanlar həmin məktəbə qəbul edilsin. Bundan sonra boş yer qaldıqda digər müraciət edənlər qəbul ediləcək”.