Xəbər lenti

Çin Rusiya aktivlərinin müsadirəsini pislədi
Dünya 15:51 16.05.2024

Çin Rusiya aktivlərinin müsadirəsini pislədi

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Szinpin danışıqların yekunlarına dair birgə bəyanatda xarici dövlətlərin aktiv və əmlakının müsadirəsi təşəbbüslərini pisləyiblər. 

Qaynarinfo xəbər xəbər verir ki, birgə bəyanat Kremlin rəsmi saytında dərc olunub.

"Tərəflər xarici dövlətlərin aktivlərinin və əmlakının ələ keçirilməsi təşəbbüslərini pisləyir və belə dövlətlərin beynəlxalq hüquq normalarına uyğun olaraq cavab tədbirləri görmək hüququnu vurğulayırlar”, - bəyanatda deyilir. 

Moskva və Pekin həmçinin vurğulayıblar ki, beynəlxalq hüququn prinsipinə əsasən, ölkələrin immunitetləri və onların mülkiyyəti, o cümlədən suveren ehtiyatları ilə bağlı öhdəliklərə ciddi əməl edilməlidir. Qeyd olunur ki, Rusiya və Çin tərəfləri dövlət əmlakının qarşılıqlı qorunmasını təmin etməyə, habelə Rusiya və Çin ərazisində yerləşən dövlət əmlakının təhlükəsizliyinə təminat verməyə hazırdırlar.

Bundan əlavə, sənədə əsasən, Rusiya və Çin "insan haqları gündəliyinin siyasiləşməsinə”, "ikili standartlar siyasəti”nə və insan hüquqları məsələlərindən daxili işlərə müdaxilə üçün bəhanə kimi istifadə edilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq edəcəklər. Ölkələr ümumbəşəri dəyərləri və "beynəlxalq insan hüquqları gündəliyinin bütün aspektlərinin sağlam inkişafını” təşviq etmək niyyətindədirlər. 

Danışıqlardan sonra, həmçini Rusiya və Çin hərtərəfli tərəfdaşlığın dərinləşdirilməsinə dair bəyanat imzalayıblar.

Xatırladaq ki, Vladimir Putinin Pekinə dövlət səfəri mayın 16-dan 17-dək davam edəcək. Rusiya nümayəndə heyətinə müdafiə naziri Andrey Belousov, xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Yuri Uşakov daxildir. Rusiya Federasiyasının Prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında nümayəndə heyətlərinin bəzi üzvlərinin iştirakı ilə qeyri-rəsmi şam yeməyi planlaşdırılır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->