İdman 10:13 14.07.2018

DÇ-2018: Bu gün bürünc mükafatçı müəyyənləşəcək

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Qaynarinfo xəbər verir ki, bu gün bürünc mükafatçı müəyyənləşəcək.

3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. Belçika 1/4 finalda Fransaya, İngiltərə Xorvatiyaya yenilib.

Belçika və İgiltərə "DÇ-2018"də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu - 1:0.

Qeyd edək ki, final oyunu sabah Fransa və Xorvatiya arasında baş tutacaq.

DÇ-2018
3-cü yer uğrunda oyun

14 iyul 
18.00 Belçika + İngiltərə
Baş hakim: Alireza Faqani (İran).
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu.