Xəbər lenti

Foto 21:00 24.06.2018

"DÇ-2018": Yaponiya - Seneqal oyununda xallar bölündü (FOTO/VİDEO)

Rusiyada keçirilən dünya çempionatı davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün H qrupunda ikinci turun oyunları keçiriləcək və bununla da tura yekun vurulacaq. 

Yaponiya - Seneqal görüşünda ilk turun qalibləri qarşılaşıb. Hesabı 12-ci dəqiqədə Seneqaldan Sadio Mane açıb. Yaponlar buna 34-cü dəqiqədə Takaşi İnuinin qolu ilə cavab verib. 71-ci dəqiqədə Mussa Vaque yenidən afrikalıları hesabda önə keçirib. Amma Yaponiya növbəti dəfə bərabərliyi təmin edə bilib. 78-ci dəqiqədə Keysuke Honda yekun nəticəni müəyyənləşdirib - 2:2.

Qeyd edək ki, qrunun ikinci oyunu saat 22.00-da Polşa və Kolumbiya arasnda keçiriləcək.

DÇ-2018
H qrupu
II tur

24 iyun
Yaponiya - Seneqal 2:2
Qollar: Takaşi İnui, 34. Keysuke Honda, 78 - Sadio Mane, 12. Mussa Vaque, 71.
Yaponiya: 1. Eyji Kavaşima, 3. Gen Şoji, 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki, 8. Genki Haraquçi (9. Şinji Okazaki, 75), 10. Şinji Kaqava (4. Keysuke Honda, 72), 14. Takaşi İnui (11. Takaşi Usami, 87), 15. Yuya Osako, 17. Makoto Hasebe, 19. Hiroki Sakai, 22. Maya Yoşida.
Ehtiyat oyunçular: 12. Masaaki Hiqaşiquçi, 23. Kosuke Nakamura, 2. Naomiçi Ueda, 6. Vataru Endo, 13. Muto Yoşinori, 16. Hotaru Yamaquçi, 18. Ryota Oşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakai.
Baş məşqçi: Akira Nişino.
Seneqal: 16. Xadim Ndiaye, 3. Kalidu Kulibali, 5. İdrissa Qana Queye, 6. Salif Sane, 10. Sadio Mane, 12. Yussuf Sabali, 13. Alfred Ndiaye (8. Çeyku Kuyate, 65), 17. Papa Aliune Ndiaye (11. Çeyk Ndoye, 81), 18. İsmaila Sarr, 19. Mbaye Nyanq (9. Mame Biram Diuf, 86), 22. Mussa Vaque.
Ehtiyat oyunçular: 1. Abdulaye Diallo, 23. Alfred Qomis, 2. Adama Mbenque, 4. Kara Mbody, 7. Mussa Sov, 14. Mussa Konate, 15. Diafra Saxo, 20. Keyta Balde, 21. Lamine Qassama.
Baş məşqçi: Aliou Sisse.
Sarı vərəqələr: Takaşi İnui, 68 - Mbaye Nyanq, 59. Yussuf Sabali, 90. Çeyku Kuyate, 90+1.
Baş hakim: Canluka Rokki (İtaliya).
Yekaterinburq. "Yekaterinburq Arena".

22.00 Polşa - Kolumbiya
Baş hakim: Sezar Ramos (Meksika).
Kazan. Kazan Arena.
 

1

Seneqal

2

1

1

0

4:3

4

2

Yaponiya

2

1

1

0

4:3

4

3

Polşa

1

0

0

1

1:2

0

4

Kolumbiya

1

0

0

1

1:2

0


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->