Maqazin 14:35 08.12.2018

Daha bir məşhur "Maşın"da

Dekabrın 13-də yayıma başlayacaq "Maşın" realiti-şousunun daha bir iştirakçısının adı bəlli olub. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, reper Ramil Nabran da oyunda yer alacaq 18 iştirakçılardan biridir. Bu haqda müğənni Xatun Əliyeva "Zaurla Günaydın verilişində deyib. 

Qeyd edək ki, bundan əvvəl şouya qatılacaq iştirakçılardan şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, aparıcı Firuzə Cəlilova (Fira), əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı. 

Xalq artisti Murad Dadaşovun "Maşın" şousunun 17-ci buraxılışı ATV-də efirə gedəcək.
 
 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!