Dünya 15:43 01.12.2018

Danimarka miqrantları kimsəsiz adada yerləşdirəcək

Danimarka miqrantları kimsəsiz Lindholm adasında toplayacaq.

Qaynarinfo xəbər verir ki, adada ölkələrinə göndərilmək üçün gözləyənlər, sığınacaq tələbi rədd edilən, adı cinayətdə hallanan şəxslər yerləşdiriləcək. "Geri Göndərmə Mərkəzi"nin tikintisi 2019-cu ildə başlayacaq və 2021-ci ildə yekunlaşacaq. 7 hektarı əhatə edəcək tikili 125 nəfər üçün nəzərdə tutulub. 

Gülşən