Xəbər lenti

Daşaltıda otel və istirahət mərkəzi tikiləcək
Ekonomiks 11:37 21.07.2023

Daşaltıda otel və istirahət mərkəzi tikiləcək

Şuşa rayonunun Daşaltı kəndində 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək.

Qaynarinfo xəbər verir ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi "PMD Group” MMC tərəfindən yerinə yetirilir.

Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->