Xəbər lenti

Ölkə 14:54 14.09.2013

Deportasiya vaxtı qaçan azərbaycanlı - VİDEO

Ölkədən deportasiya olunan Azərbaycan vətəndaşının Rusiyaya "sevgisi" deyəsən, o qədər çox olub ki, şəhərdəki beynəlxalq hava limanının terminalından qaçıb. 

Milli.az LifeNews-a istinadən bildirir ki, ona həmyerlilərimiz yardım ediblər. Hava limanında təyyarəyə sərnişinlərin keçidi başlayanda həmyerlilərimiz deportasiya olnan azərbaycanlını müşayiət edən məhkəmə pristavını söhbətə tutublar.

 Rusiyadan deportasiya olunası şəxs də fürsətdən istifadə edərək aradan çıxıb. Rusiyanın Federal Təhlükəsizlik Xidməti və polis dərhal axtarışlara başlayıblar.

Qaçan azərbaycanlının dostları polisdə ifadə verərkən onun harada gizləndiyini deyiblər.

Soydaşımız tutulub və Azərbaycana deportasiya edilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->