Dünya 15:51 15.07.2019

DİN başçısı istefa verdi

Rumıniyanın DİN başçısı Karmen Dan istefa verib.

Qaynarinfo Romania Insider-ə istinadən xəbər verir ki, nazir istefa ərizəsini Baş nazir Viorika Dençilaya təqdim edib. DİN rəhbəri hakim Sosial Demokratlar Partiyasının hökumətdə yerdəyişmə məsələsini müzakirə üçün təşkil edilən iclasdan sonra vəzifəsindən getdiyini açıqlayıb. O, qərarını siyasi səbəblərlə əlaqələndirib.

Qeyd edək ki, K.Danı bu vəzifədə Nikolay Moqa əvəz edəcək.

Gülşən