Dünya 14:29 06.11.2017

Din xadimindən şok sözlər: "Kişilər qeyri-qanuni qızları ilə evlənə bilər"

Misirli din xadimi Mazen Əl Sərsavi son açıqlaması ilə müzakirələrə və narazılığa səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Misirin Əl Əzhur Universitetində çalışan din xadimi kişilərin nikahdan kənar doğulmuş qızları ilə evlənə biləcəklərini açıqlayıb.
 
O bildirib ki, bu halda ata ilə qızın soyadı fərqli olur və şəriət buna qadağa qoymayıb, həmçinin şəriətdə qız uşaqlarının evlənməsi üçün yaş məhdudiyyəti də qeyd edilməyib. 

Din xadiminin bu açıqlması ölkədə böyük narazılığa səbəb olub. 

Aydın
Qaynarinfo.Az