Foto 14:02 27.03.2018

Diva Marneulidə konsert verdi (FOTO/VİDEO)

Ötən bayram həftəsində xalq artisti Aygün Kazımova Gürcüstanda canlı konsert proqramı ilə çıxış edib.
 
Qaynarinfo xəbər verir ki, Marneuli şəhərində sevənləri ilə görüşən Aygün Kazımova onu alqışlamaqdan yorulmayan minlərlə pərəstişkarına öz sevilən mahnılarını təqdim edib. Tamaşaçılar isə müğənninin canlı ifasını böyük coşğu ilə qarşılayıblar. Konsert proqramını Gürcüstan Televiziyaları işıqlandırıblar. 
 
Qeyd edək ki, xalq artisti bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində də canlı konsert proqramı ilə çıxış etmişdi. Sənətçi ölkə hüdudlarından kənarda da fəaliyyətini genişləndirir. Aygün Kazımova dayanmadan çalışması ilə də gənc həmkarlarına meydan oxuyur. Sənətçi hazırda bir neçə yeni layihə hazırlayır. Sırada Aygün Kazımovanın növbəti səfərinin hansı ölkəyə olacağı indidən sevənlərini maraqlandırır.