Dünya 10:54 10.02.2019

Donald Tramp üçün qadın rəqib

ABŞ Senatoru Elizabet Uorren 2020-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

Qaynarinfo xəbər verir ki, Demokratlar Partiyasının üzvü qərarını Lorens şəhərində keçirilən mitinq zamanı deyib. Uorren seçkiləri həyat və hər kəsin xəyallarının reallaşa biləcəyi Amerika uğrunda mübarizə adlandırıb.

Qeyd edək ki, Elizabet Uorren 2018-ci ildə Massaçusets ştatından 2-ci dəfə senator seçilib. O, 60%-dən çox səsə sahib çıxmışdı.

Gülşən