Dünya 13:46 13.10.2018

Donuz qripi yayıldı: 12 gündə 56 ölü

Hindistanın Mumbay şəhərində 12 gün ərzində 56 nəfər donuz qripi səbəbindən ölüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, həmçinin 51 nəfər H1N1 virusuna yoluxma şübhəsi ilə müalicəyə götürülüb. Onların vəziyyətinin ağır olduğu qeyd olunur.

Yanvar ayından bu yana Hindistanda donuz qripi səbəbindən 90 nəfər həyatını itirib. H1N1 virusu səbəbindən ölənlərin sayının bu ay artması xüsusilə diqqət çəkib. Bu səbəbdən Hindistanın Səhiyyə Nazirliyi xalqa gigiyena qaydalarına əməl olunması ilə bağlı xəbərdarlıq edib və bir çox bölgədə minlərlə ev dərmanlanıb.