İdman 17:35 16.06.2018

Dünya çempionatları tarixində ilk: "VAR"la penalti təyin edildi

Dünya çempionatları tarixində ilk dəfə videotəkrardan (VAR) istifadə edilərək penalti təyin edilib.

Qaynarinfo xəbər verir ki, b "DÇ-2018"in C qrupunun I turu çərçivəsində keçirilən Fransa - Avstraliya oyununda baş verib.

Qarşılaşmanın 56-cı dəqiqəsində baş hakim Andres Kunya texnologiyanın köməyinə müraciət edərək Avstraliya yığmasının yarımmüdafiəçisi Coşua Risdonun cərimə meydançasının daxilində Fransa millisinin forvardı Antoine Qrizmanna qarşı qaydanı pozduğunu müəyyənləşdirib. Epizodu təkrar izləyən baş hakim penalti qərarı verib.

Zərərçəkən 11 metrlik zərbəni dəqiq yerinə yetirərək, hesabı açıb.