Dünya 14:39 21.11.2017

Dünya daha bir müharibənin astanasında

İsrailin Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etdiyini etiraf etməsindən sonra Livan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə ilə İsrailin İrana qarşı əməkdaşlıq üçün bir araya gəlməsindən sonra Livanın Baş Qərargah rəisi Cozef Avn ordunun döyüşə hazır vəziyyətə gətirilməsi üçün göstəriş verib. 

Səudiyyə Ərəbistanı Livanda İran tərəfindən dəstəklənən Hizbullah qüvvələrini sıxışdırmağa çalışır və müttəfiqlərini prosesdə iştirak etməyə sövq edir.

İsrailin Baş Qərargah rəisi Qadi Eysenkot ötən həftə Səudiyyənin "İlaf" qəzetinə müsahibə verərək İrana qarşı Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə bir yerdə addım ata biləcəklərini qeyd edərək bu planın ABŞ prezidenti Donald Tramp tərəfindən önə sürüldüyünü demişdi. 

4 noyabr tarixində Livanın baş naziri Səad Həririnin Riyada səfəri zamanı istefa verməsi, Livanın Səudiyyəni baş naziri əsir saxlamaqda ittihamı, Livandan Riyada atılan ballistik raket iki ölkə arasında gərginliyin daha da artmasına səbəb oldu. İran və Səudiyyə Ərəbistanı hazırda vətəndaş müharibəsinin davam etdiyi Yəməndə mübarizə aparırlar. Son proseslər isə göstərir ki, Səudiyyə müharibəni Livana daşımaq istəyir. Hizbullah hazırda Suriya, İraq, Livan, Yəməndə ciddi təsir qüvvəsinə sahibdir. Suriya və İraqda İŞİD terror təşkilatı üzərində əldə olunmuş qələbə bu təşkilatın, dolayı yolla İranın bölgədə mövqeyini daha da qüvvətləndirib və Yaxın Şərqin iki nəhəngi arasında güc müharibəsinin daha da alovlanmasına səbəb olur.

Gülşən
Qaynarinfo.Az