Dünya 12:54 10.02.2018

Bir gündə 16,3 milyard dollar itirdilər

ABŞ birjalarının dünən çökməsi dünyanın ən varlı şəxslərinin pul itirməsinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Bloomberg ilk 5 yerdə qərarlaşan milyarderlərin sərvətinin 16,3 milyard dollar azalaraq 366 milyarda endiyini bildirib. 

"Microsoft"un sahibi Bill Qeyts 2, "Berkshire Hathaway Inc." şirkətinin rəhbəri Vorren Baffet 3, "Facebook"un yaradıcısı Mark Zekerberq 3,4, "Google"un yaradıcıları Larri Peyc və Serqey Brin isə birlikdə 4,1 milyard dollar itiriblər. "Amazon" şirkətinin sahibi Ceff Bezosun sərvəti isə 5,3 milyard dollar azalaraq 113,2 milyarda enib.

Gülşən