Xəbər lenti

Dünya 22:03 23.08.2023

"Dünya nizamı Krımın azad edilməsindən asılıdır" - Anjey Duda

Polşa prezidenti Anjey Duda əmindir ki, bütün dünya nizamının qorunub saxlanması Krımın azad edilməsindən asılıdır. O, Rusiya prezidenti Vladimir Putinin Ukraynada öz məqsədlərinə çatmasına imkan verilməməli olduğunu vurğulayıb.

Qaynarinfo-nun məlumatına görə, Krım Platforması Sammitində çıxışı zamanı Duda bildirib ki, Varşava üçün 2014-cü ildə baş verən hadisələr Kremlin real niyyətlərinin bariz siqnalı olub, buna görə də Polşa əvvəlcədən Ukraynanı güclü şəkildə dəstəkləyib.

Polşa lideri Krımın işğalının qlobal problem olduğunu vurğulayıb. Duda əmindir ki, problem həll olunmasa, o zaman dünya faktiki olaraq yeni təhlükəsizlik arxitekturasına, "güc qanunu”na əsaslanan yeni dünya nizamına razılaşmağa başlayacaq.

"Krımın işğaldan azad edilməsi və Ukraynanın ərazi bütövlüyünün tam bərpası təkcə Qara dəniz-Azov hövzəsində təhlükəsizlik üçün deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının sabitliyi üçün zəruri ilkin şərtdir. Putinin Ukrayna ilə bağlı məqsədlərinə çatmasına imkan vermək olmaz”, deyə prezident vurğulayıb.

Duda əlavə edib ki, Rusiyaya heç bir güzəşt olmamalıdır və Moskva bütün işğal etdiyi əraziləri qaytarmalı, öz hərəkətlərinin nəticələri ilə üzləşməlidir.

"Gəlin bu müharibədə real risklərin nə olduğunu unutmayaq. Bu, beynəlxalq hüquqa, ərazi bütövlüyünə hörmətə və xalqların öz gələcəyini təyin etmək hüququna əsaslanan dünya nizamının qorunmasıdır. Azad dünyanın təməl daşı olan hər şey təhlükə altındadır”, deyə Polşa prezidenti bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->