Foto 13:45 26.05.2018

Dünyanın ən çətin peşəsi: cəmi 7.5 funt maaş alırlar (FOTOLAR)

Banqladeşin paytaxtı Dakada kanalizasiya sistemi tıxanan zaman problemi adi insanlar boruların içinə daxil olaraq aradan qaldırır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, çılpaq bədənlə çirkli suya daxil olan işçilər bunun qarşılığında sadəcə 7,5 funt qazanırlar. Dakada bu işlə məşğul olan çox sayda insan var. Tamamilə paltarsız işləyən bu insanların sağlamlıq vəziyyəti üçün böyük təhlükə mövcuddur. 
 
Şiddətli yağışlar və zəif kanalizasiya sistemindən təsirlənən paytaxtda 14 milyondan çox insan yaşayır. Bu faktlar daha çox kanalizasiya probleminə gətirib çıxarır və bu işlə məşğul olan daha çox insana ehtiyac yaranır.

Gülşən