Ekonomiks 17:22 15.01.2018

Dünyanın ən qeyri-adi 8 kriptovalyutası: "Sekskoin", "PutinKoin"... (SİYAHI)

Son bir ildə kriptovalyuta bazarında ciddi inkişaf baş verib.

Qaynarinfo-nun məlumatına görə, Bitkoin kimi elektron valyutalar blokçeynlər vasitəsilə dağıdılır. Bu sistemə nəzərat edəcək vahid idarəetmə mərkəzi mövcud deyil. Kriptovalyutalar təxminən 10 ilə yaxındır ki, bazarda var. Lakin başda Bitkoin olmaqla, digər elektron pulların da bu il sürətlə dəyər qazanması beynəlxalq investorların da diqqətini özünə cəlb edib.

2016-cı ildən bu günə Bitkoinin dəyəri 10 dəfə artıb. Hətta bazarda dəyəri 30 dəfə artan kriptovalyutalar da var.

Coinmaketcap.com-un məlumatlarına görə, bazarda hazırda 1400 növ kriptovalyuta var ki, bunlarında ümumilikdə dəyəri 700 milyardı keçib.

Qaynarinfo bazarda olan ən ilginc kriptovalyuta növlərini sizlərə təqdim edir:


Sekskoin (SXC)

Sekskoin əsasən cinsi məsələlərlə bağlı yetkinlik sektorunu hədəf alıb. İstehlakçılar bu tip kriptovalyuta ilə yetkinlər üçün olan məhsulları ala bilərlər.

Qiyməti: $0,010023
Sıralama: 380
Bazar dəyəri: $1.245.924
Dövriyyəsi: 124.311.414 SXC
Ümumi istehsal: Məlumat yoxdur

PotKoin (POT)

PotKoin marixuana məhsullarının alıcıları ilə satıcılarını bir araya gətirmək məqsədilə yaradılıb.

Kriptovalyutanın web saytında da məhz elektron pulun bu məqsədlə istifadə oluna biləcəyi qeyd olunub.

Qiyməti: $0,118722
Sıralama: 132
Bazar dəyəri: $25.858.434
Dövriyyəsi: 217.806.587 POT
Ümumi istehsal: Məlumat yoxdur

PutinKoin (PUT)

PutinKoin Rusiya prezidenti və xalqına hörmət göstərmək məqsədilə yaradılan kriptovalyutadır.

Qiyməti: $0,039835
Sıralama: 226
Bazar dəyəri: $7.990.385
Dövriyyəsi: 200.588.064 PUT
Ümumi istehsal: 2.000.000.000 PUT

PutinClassic (PUTIC)

Putinlə bağlı daha bir kriptovalyuta isə PutinClassic-dir. Bu elektron pul özün dünyanın ilk xatirə kriptovalyutası hesab edir. Belə ki, onu həm xatirə kimi saxlamaq, həm də xərcləmək olar.

Qiyməti: $0,001797
Sıralama: 716
Bazar dəyəri: $61.098
Dövriyyəsi: 34.181.854 PUTIC
Ümumi istehsal: 84.181.854 PUTIC

UFO Koin (UFO)

UFO Koin bu kriptovalyutalar arasında ən yenisidir. Onun yaradıcıları UFO-nun hazırlanmasında daha güclü şifrələrdən istifadə etdiklərini və digərləri ilə müqayisədə daha yaxşı qorunduğunu iddia edirlər. Bu kriptovalyutanın yaradıcısı Piter Başnel keçmiş Bitkoin işçisidir. Təəssüf ki, bu pul hələlik dünyadan kənarda yaşayan varlıqlarla, yadplanetlilərlə "ticarət əlaqələrində" istifadə edilə bilir.

Qiyməti: $0,000190
Sıralama: 415
Bazar dəyəri: $645.987
Dövriyyəsi: 3.394.283.762 UFO
Ümumi istehsal: Məlumat yoxdur

F---Token (F---)

2017-ci ilin iyulun 13-də bazara daxil olan bu valyuta alıcılara böyük fürsətlər vəd edir. Web saytında bu kriptovalyutanın gerçək hissləri yaşamaq imkanı verdiyi qeyd edilir.

Qiyməti: $0,081893
Sıralama: 299
Bazar dəyəri: $3.537.239
Dövriyyəsi: 43.193.633 F---
Ümumi istehsal: 70.856.774 F---

Dogekoin (DOGE)

Bu kriptovalyutanın yaradıcıları "Adobe"da bir məhsul hazırlanması qrupunun idarəçisi Cekson Palmer və IBM-in proqramçılarından Billi Markusdur.

Palmer bir gün axşam işdən sonra pivə içərkən dogecoin.com domenini aldığını və sonradan bu kriptovalyutanın yaradılmasına başladıqlarını bildirib. Valyutanın adı yapon it cinsinin adından götürülüb.

Qiyməti: $0,002183
Sıralama: 35
Bazar dəyəri: $242.132.855
Dövriyyəsi: 110.894.618.419 DOGE
Ümumi istehsal: Məlumat yoxdur

Lazımsız Ethereum pulu (UET)

Ethereum kriptovalyutasının açıqlamasında lazımsız bir şey olduğu qeyd olunub: "Tanımadığınız birinə internet üzərindən pul göndərəcəksiniz, o da həmin pulla özünə böyük ehtimalla yeni elektron cihazlar, bəlkə də böyük ekranlı bir televizor alacaq. Bu səbəbdən ciddi deyirik ki, bu puldan istifadə etməyin".

Lakin insanlar görünür ki, bu xəbərdarlığa heç bir məhəl qoymurlar. Belə ki, kriptovalyuta bazara çıxdıqdan qısa müddət sonra dəyəri 40 dolları keçib. Hazırda isə 0,02 dollardır.

Qiyməti: $0,022373
Sıralama: 683
Bazar dəyəri: $88.725 (18 BTC)
Dövriyyəsi: 3.965.716 UET
Ümumi istehsal: Məlumat yoxdur
 
Çingiz Səfərli