Dünya 18:40 22.11.2017

Dünyanın ən yaşlı işçisi dünyasını dəyişdi: 81 il işlədi

Dünyanın ən yaşlı işçisi Req Batress dünyasını dəyişib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 94 yaşlı Batress iş həyatına 13 yaşında kömür mədənində çalışaraq başlayıb və 81 il ərzində həmişə işləyib. Özünü işsiz təsəvvür eləməyən qoca 65 yaşında ilk dəfə təqaüdə çıxmış, son olaraq işlədiyi Cənubi Qallerdəki "Sainsbury" adlı supermarketdəki işindən ayrılmışdı. O, 22 sentyabr tarixində iş yoldaşlarının təşkil etdiyi vida mərasimi ilə iş həyatına yekun vurmuşdu. Lakin Req Batress işsizliyə yalnız 2 ay dayana bildi. 

Gülşən