Dünya 13:00 19.06.2018

Dünyanın ən yaşlı oranqutanı öldü: neçə il yaşayıb?

Dünyanın ən yaşlı Sumatra oranqutanı ölüb.

Qaynarinfo ABC News-a istinadən xəbər verir ki, Avstraliyadakı "Perth" zooparkında saxlanılan Puan adlı dişi meymunun 62 yaşı var idi. İndoneziyanın Sumatra adasında tapılan bu növün nümayəndələri əsasən 50 ildən çox yaşamır. 

Qeyd edək ki, Puan həyatı boyu 11 bala dünyaya gətirmişdi və onun 54 nəvəsi var idi.

1956-cı ildə doğulmuş Puan 2016-cı ildə yaşına görə Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Dünyada təxminən 14 min 600 Sumatra oranqutanı mövcuddur.

Gülşən