Xəbər lenti

Düşmən ağır itki verdi: 1 ölü, 2 yaralı
Ölkə 12:08 08.02.2018

Düşmən ağır itki verdi: 1 ölü, 2 yaralı

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.
 
MN-dən Qaynarinfo-ya verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.
 
Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.
 
Düşmən geri çəkilməyə məcbur edilib.
 
Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->