Xəbər lenti

Ölkə 14:29 16.06.2018

Dövlət büdcəsində Bakının gəlirləri azaldılır

Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər azaldılır.

Qaynarinfo-nun modern.az-a istinadən məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə görə, Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.907.000.000 manatdan 7.380.000.000 manata endirilir.

Bundan əlavə, Bakı şəhərinin gəlirləri 7 283 800 000 manatdan – 6.756.800 000 manata, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 6 983 973 000 manatdan – 6.456.973.000 manata endirilir.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->