Maqazin 15:00 30.11.2017

Ebru Gündeş Rza Zərrabdan boşanır?

ABŞ-da həbsdə olan Cənubi Azərbaycan əsilli Türkiyə vətəndaşı Rza Zərrab və onun həyat yoldaşı, məşhur türkiyəli müğənni Ebru Gündeşin boşanması barədə iddia yenidən gündəmə gəlib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Rza Zərrabın həbsxanaya rüşvət verərək qadın gətirməsi barədə iddia irəli sürülmüş, bundan sonra cütlüyün boşanacağı bildirilmişdi. Lakin Ebru Gündeş bu iddiaları yalanlayıb. 

Müğənni və aktrisa Yeşim Salkım "Laf bende kalmasın" adlı proqramında çıxış edərək iddia barədə danışıb və Ebru Gündeşlə ötən günlərdə görüşdüyünü, xəbərin yalan olduğunu deyib. 

Ülkər