ABŞ-ın Cinnati Universitetinin mühəndisləri müxtəlif elektron cihazları enerji ilə doldura biləcək paltarlar üçün karbon parçası hazırlamağa çalışırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Science Daily" nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bunun üçün müxtəlif kimyəvi birləşmələrdən istifadə edilərək xüsusi növ iplər hazırlanacaq və həmin iplərlə istənilən bir paltarı tikmək mümkün olacaq.
ABŞ ordusunun da sözügedən araşdırma ilə yaxından maraqlandığı bildirilir. Belə ki, yeni növ parça müxtəlif növ hərbi avadanlıqların enerji ilə doldurulmasında önəmli rol oynaya bilər ki, bu da döyüşdə avantaj yarada bilər.
Şərhlər