Dünya 13:26 20.10.2018

Əfqanıstanda parlament seçkiləri keçirilir

Əfqanıstanda parlament seçkiləri keçirilir.

Qaynarinfo ABC News-a istinadən xəbər verir ki, parlamentdəki 249 yer uğrunda 2565 namizəd mübarizə aparır. Namizədlərdən 417-si qadındır. 8 milyon 800 min seçicinin olduğu Əfqanıstanda ölkənin 32 əyalətində 19 min seçki məntəqəsi qurulub. 

2 min seçki məntəqəsində terror qorxusu var. Bu səbəbdən məntəqələrdə ciddi təhlükəsizlik tədbirləri təşkil edilib. 

Gülşən