Xəbər lenti

Şəkərli diabet xəstələri üçün qidalar çox bahadır (VİDEO)
Ekonomiks 21:51 08.05.2024

Şəkərli diabet xəstələri üçün qidalar çox bahadır (VİDEO)

Şəkərli diabet xəstələri üçün satışda olan qidaların qiyməti çox yüksəkdir.


Qanda şəkərin miqdarının artmaması üçün qidalar almaq istəyən şəxslərin gördüyü yüksək qiymət onların şəkərini kəllə-çarxa çıxardır.


Məsələn, qlutensiz və şəkərsiz 300 qramlıq qurabiyə 11 manatdan bahadır. Şəkər əvəzləyicisi dadlandırıcıların qiyməti 5-6 manat civarındadır. Diabetik çörək almaq istəyənlər isə bunun üçün 2, 3, 5, hətta 8 manat ödəməlidirlər. Yəni adi çörəyin qiymətindən dəfələrlə baha satılır.


Qida eksperti Məhsəti Hüseynova deyir ki, həmin qidaların istehsal texnologiyası digərlərindən fərqli deyil. Ekspert onu da vurğuladı ki, belə məhsullar alarkən istehsal tarixi və istifadə müddətinə xüsusi diqqət yetirilməlidir.


Marketlərdən isə "Xəzər Xəbər"ə bildirildi ki, satılan dietik məhsulların 90 faizindən çoxu xarici istehsaldır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

 



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->