Dünya 16:08 23.12.2017

Əkiz qardaşlar əkiz bacılarla evləndi: uşaqları bacı-qardaş olacaq

Çində yaşayan tək yumurta ekizləri olan qardaşlar özləri kimi tək yumurta əkizi olan bacılarla evləniblər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ailələri 10 il əvvəl tanış olan əkizlərin nikahının ailə və dostları üçün problem yaradacağı deyilir.
 
11 dekabrda Çinin Heilonqjianq əyalətinin Daqinq şəhərində baş tutan toyda Zenq DaşuanqZenq Xiaoşuanq, Lianq Jinq Lianq Qinq əkizləri evlənib. 26 və 23 yaşında olan cütlükləri təbrik edən sosial media istifadəçiləri əkizlərə bir-birilərini dəyişik salmamaq barədə xəbərdarlıq ediblər. 

Bu cütlüklərin uşaqları bioloji cəhətdən doğma qardaş-bacıdan fərqlənməyəcək və uşaqların dəqiq hansı atadan olduğunu analizlə bilmək qeyri-mümkün olacaq. 

Qeyd edək ki, ötən il Çində yenə oxşar nikah baş vermiş, bu, cütlüklər arasında qarışıqlığa səbəb olmuş, əkizlərdən biri estetik əməliyyat olmaq məcburiyyətində qalmışdı.

Gülşən