Video 17:16 06.08.2019

Əks yola çıxdı, piyadanı vurdu (VİDEO)

Zabrat qəsəbəsində piyada vurulması ilə nəticələnən növbəti yol nəqliyyat hadisəsi oxucularımızdan birinin videoregistratorunun görüntülərinə düşüb. 

Qaynarinfo-ya göndərilən kadrda 6 avqust saat 08:21 radələrində 99 RZ 697 dövlət qeydiyyat nişanlı Nexia markalı taksi sürücüsünün tam olaraq əks yola çıxıb sürətli hərəkət etdiyi görünür.

Bu zaman yolu keçməkdə olan piyada qadın hərəkət axını tərəfdən gələn nəqliyyat vasitələrinin olmadığına əmin olub yolu keçir. Amma həmin qadın hardan bilə bilər ki, hansısa özünü hamıdan üstün sayan bir sürücü əks yola çıxıb o sürətlə gələr. Nəticədə qəza baş verir avtomobil piyada qadını vurub bir neçə metr məsafədə tullayır. 

Görünən odur ki, hər gün baş verən qəzalar bəzi sürücülərə hələ də ibrət olmayıb. Hətta belə qayda pozan sürücülərin videogörüntüləri yayıldıqda "bəlkə xəstəsi var, yəqin tələsir" və s. deyib haqq qazandıranlara demək istəyirik ki, bu vurulan piyada qadının yerində bir gün bizim də ən əzizlərimiz ola bilər. Nə vaxta qədər belə sürücülərə haqq qazandıracaqsınız?! Videogörüntünü təqdim edirik.