Maqazin 11:01 28.01.2015

Elman Rüstəmovun qızının kolleksiyası - FOTOLAR

Azərbaycanlı dizayner Günel Rüstəmova Parisdə təqdimat keçirdi. Qaynar.info buro247.az-a istinadən xəbər verir ki, yanvarın 27-də Parisdə Gyunel moda evinin "33 by Gyunel" kolleksiyasına daxil olan aksessuarların təqdimatı keçirilib.

Azərbaycanlı dizayner Günel Rüstəmovanın rəhbərlik etdiyi brendin "The Westin Paris - Vendôme" otelində baş tutan təqdimatında moda dünyasının tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər. 

Gyunel çantalarının fərqliliyini diqqətə çatdırmaq məqsədilə qurulan tamaşada pantomim aktyorları iştirak ediblər.

Ötən il Londonda keçirilən xeyriyyə hərraclarından birində Gyunel brendinin çantası 10 min 200 avroya satılmışdı. Dəridən hazırlanan və üzərində məşhur siyasətçi Con Lanqdonun ambiqramı əks olunan çanta Günel Rüstəmovanın "33 by Gyunel" aksessuar kolleksiyasına daxildir. Satışlardan əldə olunan gəlir Böyük Britaniyanın Kar uşaqların ictimai təşkilatı və Azərbaycanın "Uşaqların xoşbəxt gələcəyi" ictimai birliyinin hesabına köçürüldü.

Qeyd edək ki, Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır.
Londonda yaşayan modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. O, Londonda “Central Saint Martins” universitetinin dəb fakültəsini yüksək dərəcəli diplomla bitirib. Modelyer həm də rəssam kimi fəaliyyət göstərir.

Gənc modelyerin geyiminə amerikalı kinoaktrisa Eşli Benson, Yəmən şahzadəsi Muzna Əl Səyyid və başqaları müraciət ediblər. 

Qaynar.info