Xəbər lenti

Elon Musk kimdir? (FOTOLAR)
Foto 15:30 13.02.2018

Elon Musk kimdir? (FOTOLAR)

Cənubi Afrika Respublikasından olan ABŞ-lı mühəndis Elon Musk ötən günlərdə "Falcon Heavy" raketini Marsa yola salaraq adını tarixə yazdırdı.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Mask 1971-ci ildə CAR-ın paytaxtı Pretoriada doğulub. Proqramlaşdırmanı hələ 12 yaşından öyrənən Elon Musk "Blastat" adlı oyununu 500 dollara satıb. O, 1988-ci ildə əsgərliyə getməmək üçün ölkəni tərk edir və daha sonra bu qərarını belə izah edir:
"Əsgərliyə getməklə bağlı problemim yox idi, amma CAR ordusunda əsgərlik edərək qaradərili insanlara əmr etmək mənə vaxtımı səmərəli keçirəcəyim iş kimi görünmürdü".

ABŞ-a köçən Elon 1992-ci ildə Kanadadakı təhsilini başa vurub Pensilvaniya Universitetində əməliyyat və fizika üzrə təhsil alır, daha sonra isə tətbiqi fizika və material elmi sahəsində doktorantura təhsili üçün Kaliforniyanın Silikon Vadisini köçür, lakin burada sona qədər qalmır.

Elon Musk dünyanın gələcəyində 3 detalı xüsusilə vacib hesab edir: internet, təmiz enerji və kosmos.

Musk 1995-ci ildə Stanfordda tətbiqi fizika və material elmi üzrə doktorantura təhsilinə başlayır və bu təhsilini də yarımçıq qoyur. Qardaşı Kimbal Muskla birlikdə yeni layihələrə imza atan mühəndis 1999-cu ildə "Zip2" şirkətini 307 milyon dollar nəğd və 34 milyon dollarlıq hissə sənədinə sata bilir. Həmin ildə o, maliyyə və ödəniş servisi olan "X.com"u yaradır. Həmin şirkət 2001-ci ildə "PayPal" adlanmağa başlandı.

Elon Muskın kosmik fəaliyyətlə bağlı olan "SpaceX" şirkəti 2002-ci ildə yaradılıb. O, həmçinin "Tesla Motors"un da sahibidir. Şirkət elektrik avtomobillərinin və ehtiyyat hissələrin istehsalı ilə məşğuldur. "Falcon Heavy" raketində Marsa göndərilən "Tesla Roadster" maşını 31 ölkədə 2500 ədəd satılıb. Bunlardan əlavə, "Model S" və "Model X" modelləri 2012-ci ildə təqdim edilib.

Böyük layihələrə imza atan Elon Musk "SolarCity" şirkəti ilə ABŞ-da Günəş enerjisi sahəsində yeni işlər görməyi hədəfləyir. O, elektrik maşınları, Günəş enerjisindən istifadə istiqamətində gördüyü işlərin əsas məqsədi kimi qlobal istiləşmə ilə mübarizəni göstərir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->