Xəbər lenti

Maqazin 11:58 19.04.2024

Əməkdar artist: "15 kvadrat metlik zirzəmidə həyatımı başa vurdum"

"15 kvadrat metlik bir zirzəmidə həyatımı başa vurdum. Bu da bizim taleyimizdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov deyib.

Aktyor onun üçün artıq həyatın heç bir önəm daşımadığını deyib:

"Evim yoxdur, vermirlər. Bir dəfə evlə bağlı müraciət elədim, amma vermədilər. Bu yaşdan sonra ev versələr nolacaq ki? 5-10 gün ömrümüz qalıb, vəssalam... Oturub həsrətlə ölümümü gözləyirəm. Ömür bitir, həyat da qurtarır. Bu dünyada sayılı günlərim qalıb".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->