Xəbər lenti

Gürcüstan prezidenti etirazçılara müraciət etdi: “Mən sizinləyəm, ancaq parlamentə basqın etməyin”
Dünya 10:42 02.05.2024

Gürcüstan prezidenti etirazçılara müraciət etdi: “Mən sizinləyəm, ancaq parlamentə basqın etməyin”

Çərşənbə günü, mayın 1-də Gürcüstan prezidenti Salome Zurabişvili videomüraciətində etirazçıları parlament binasına basqın etməməyə çağırıb, çünki artıq orada "heç nə baş vermir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Georgia.Online məlumat yayıb.

"Parlamentin qapısından uzaq durun, orada artıq heç nə baş vermir, bu qanun artıq ikinci oxunuşda qəbul olunub. Bizim mübarizəmiz seçkilərdən və bu hökumətin son vaxtlar qəbul etdiyi və bizi Avropa yolundan uzaqlaşdıran bütün qanunların ləğvindən keçir. Bu, bizim məqsədimizdir. Qapıda heç nə həll edilməyəcək, sadəcə gözyaşardıcı qaz, bəzi zorakılıqlar olacaq ki, onları təhrik etməyə ehtiyac yoxdur, çünki təbii ki, biz gələcəkdə zorakılıqla üzləşməli olacağıq”, - Zurabişvili bildirib.

Zurabişvili də bunu da izah edib ki, hazırda pasxanın "Müqəddəs həftə”sidir - "zorakılığa səbəb olmanın qeyri-mümkün olduğu dövr”dür.

"Gəlin Rustaveli prospektində dinc olaq, orada bir daha dünyaya Gürcüstanın nə olduğunu, Gürcüstanın nəyə qadir olduğunu və Gürcüstan gənclərinin nəyə qadir olduğunu göstərək”, - o vurğulayıb.

O, həmçinin nümayişçilərə dəstəyini ifadə edib.

"Mən bugünkü hadisələri iqamətgahdan izləyirəm və dəfələrlə dediyim kimi, sizinləyəm. Bütün dünya bizi izləyir və bugünkü tamaşalar Gürcüstan xalqının əhval-ruhiyyəsini, münasibətini, məqsədini göstərir. Bu, Gürcüstanın heç vaxt Rusiya olmayacağı seçkilərlə yekunlaşacaq uzunmüddətli mübarizədə qalib gəlmək üçün ən böyük gücdür”.

Qeyd edək ki, aprelin 9-dan Gürcüstanda "Gürcü Arzusu”nun parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin partiyasının "xarici agentlər” haqqında qanun layihəsi və ya "Rusiya qanunu” adlandırılan qanun layihəsini elan etməsindən sonra kütləvi etiraz dalğası başlayıb. Aprelin 16-da təhlükəsizlik qüvvələri Tbilisidə nümayişçiləri dağıtmağa başlayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->