Maqazin 15:17 10.04.2018

Əməkdar artist sosial şəbəkələrin bağlanması istəyir

Əməkdar artist Aybəniz Haşımova Azərbaycanda sosial şəbəkələrin bağlanmasını istəyir.

Qaynarinfo xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında yazıb. O, bəzi jurnalistlərin kompüter arxasında şirə, pələngə döndüyünü bildirib:

"İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, sosial şəbəkələrin hamsının bağlanması haqqında qərar versin. Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompüter arxasında şirə, pələngə dönürlər”.