Xəbər lenti

Emin Ağalarov "Səni unutmaq" dedi və... - FOTO/VİDEO
Maqazin 17:00 11.07.2015

Emin Ağalarov "Səni unutmaq" dedi və... - FOTO/VİDEO

Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov (səhnə adı EMİN) qısa müddətdə hitə çevrilmiş "Səni unutmaq" (Zabıt tebya) mahnısını ekranlaşdırır.

Anspress-in məlumatına görə, artıq klipin çəkilişləri başa çatıb. İfaçı klipin ilk tezisini sosial şəbəkədə pərəstişkarlarına təqdim edib.

EMİN "Zabıt tebya" mahnısı

EMİN və "Zabıt tebya" mahnısının müəllifi Oleq Vladi birlikdə

"Səni unutmaq" klipindən əvvəl EMİN 2015-ci ildə "Na krayu" mahnısına çəkdirdiyi klipini təqdim edib


Bu ay isə məhşur müğənni Bakıda Yaşıl Teatrda ənənəvi konsert proqramı ilə çıxış edəcək . Emin bu dəfə səhnəni heç kimlə paylaşmayacaq. İyulun 16-sı saat 21-də başlayacaq konsertə biletlərin qiymətləri 20-100 manat arasında dəyişir. Konsertin anonslarında qeyd edilir ki, gecənin qonaqları isti və səmimi ab-havada yeni mahnılardan zövq ala biləcəklər.

İyunun 27-də isə müğənni-bəstəkar Nardaranda, sahibi olduğu oteldə mövsümün açılışını elan edən konsert proqramı ilə çıxış etmişdi. EMİN səhnəni rusiyalı ifaçı Qriqoriy Leps paylaşmışdı.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->