Foto 11:26 04.11.2017

Ərdoğan Bakıdan Türkiyəyə çəkic apardı - FOTO

Tarixi İpək Yolunu yenidən reallaşdıracaq Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılış mərasimində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə birlikdə relslərə mismar vurduğu çəkici xatirə olaraq Türkiyəyə aparıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, açılış mərasimində istifadə edilən qayçı və qırmızı lenti xatirə kimi götürən Ərdoğan istifadə etdiyi çəkici də ölkəsinə aparıb. Çəkici hara qoyacaqlarını bilməyən digər prezidentilərin çəkiclərini də türkiyəli rəsmilər götürüb. 

Bakının Ələt limanında həyata keçirilən mərasimdə Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov cə Gürcüstanın prezidenti Georgi Kvirikaşvili də qatılmışdı. 

Gülşən
Qaynarinfo.Az