Siyasət 18:32 03.12.2017

Ərdoğan: "Ermənistan ticarət yollarından kənarda qalmağa davam edəcək"

"Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək".

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.

R. T. Ərdoğan deyib ki, Ermənistan xüsusən də erməni diasporunun təsiri ilə israrla Türkiyə ilə dostluq kanallarını qapalı saxlamaqdadır: "Buna görə Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa da davam edəcək. Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan bir körpü vəzifəsini yerinə yetirərək özünə aydın bir gələcək inşa edib. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirər".