Dünya 13:52 04.09.2013

Ərdoğanın filmi “Oskar”a namizəd oldu - VİDEO

Yılmaz Ərdoğanın “Kelebeğin Rüyası” filmi “Oskar” mükafatına namizəd seçilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Mədəniyyət və Turizm naziri Ömər Çelik “Twitter” səhifəsində yazıb:

“Bədii Tədbirlər Komissiyası səs çoxluğu ilə “Kelebeğin Rüyası”  filmini “Oskar” mükafatına namizəd olaraq seçib”.

Yılmaz Ərdoğanın yazdığı və rejissoru olduğu film fevralın 22-dən Türkiyə, Avropa və Yaxın Şərq ölkələrində nümayiş olunmağa başlayıb.

Film İkinci Dünya müharibəsi dövründə yaşayan iki gənc şairin həyat və eşqlə olan mübarizəsindən bəhs edir.

Filmin baş rollarını Kıvanç Tatlıtuğ, Belçim Bilgin, Mert Fırat, Zeynep Farah Abdullah və Yılmaz Ərdoğan canlandırıb.

Qeyd edək ki, “Kelebeğin rüyası” türk kinosunun ən bahalı istehsalı olaraq kino tarixinə düşüb.

Qaynar.info