Dünya 09:26 27.09.2013

Ərdoğanın mühafizəçiləri atəşə tutuldu

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanından evinə dönərkən Mustafa Kamal körpüsündə təhlükəsizlik qüvvələrinə naməlum şəxslərin atəş açdığı iddia edilir.

Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

İlkin məlumata görə, 7 dəfə atəş açılıb. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.

Qaynar.info