Dünya 17:12 17.10.2019

Ərdoğanla Pens arasında görüş başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında görüş keçirilir.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Türkiyə rəhbərinin Ankaradakı iqamətgahında baş tutur.

Suriya məsələsinin müzakirə edildiyi danışıqlar yerli vaxtla saat 15.40-da başlayıb. 
 
Gülşən