İdman 18:58 05.07.2018

Erik Abidal orqan mafiyası ilə əlaqədə ittiham edilir

İspaniyanın Barselona klubunun sabiq futbolçusu Erik Abidal orqan mayifası ilə əlaqədə ittiham edilir.

Qaynarinfo xəbər verir ki, 2012-ci ildə Abidalın qaraciyərində şiş aşkarlanmış, ona orqan transplantasiyası həyata keçirilmişdi. İspan polisi hazırda həbsdə olan sabiq Barselona direktoru Sandro Rosellin Erik Abidal üçün qeyri-qanuni yollarla qaraciyər axtardığına dair sübuta sahib olduğunu açıqlayıb. Futbolçu o dövrdə qaraciyərin yaxın qohumu tərəfindən verildiyini açıqlamışdı.

Abidal bu iddiaları "Twitter" hesabı vasitəsilə rədd edib:
"Qohumum Cerard mənə qaraciyərini verdi və həyatımı xilas etdi. Bunu sübut edən bütün sənədlər mövcuddur".

Gülşən