İdman 19:15 01.07.2014

Erməni futbolçu Bakıya gəlir

"İnter" Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 3-də Moldovanın "Tiraspol" klubu ilə keçirəcək.

Anspress-in məlumatına görə, ilk matç Modovada olacaq.

"Tiraspol" futbol klubu 1993-cü ildə yaradılıb. 2001-ci ilədək "Konstruktorul" adlanan klub həmin vaxtdan indiki adını daşıyır. 1993/94 mövsümündə B, 1994/95 mövsümündə A divizionunun qalibi olan komanda güclülər dəstəsinə çıxıb. "İnter"in rəqibi 1996/97 mövsümündə Moldova çempionatının qalibi adını qazanıb. Komanda bundan başqa 3 dəfə ölkə kubokunun qalibi olub - 1996, 2000 və 2013.

"Tiraspol"un baş məşqçisi Vlad Qoyandı. Komanda 2011-ci ildən 43 yaşlı mütəxəssis rəhbərliyi altında çıxış edir. "İnter"in rəqibi 2013/14 mövsümündə Moldova çempionaının gümüş medallarına sahib çıxıb.

"Tiraspol"un heyətində İspaniya, Bolqarıstan, Ukrayna, Ermənistan, Çernoqoriya, Gürcüstan və Latviyadan legionerlər çıxış edir. Ermənistan yığmasının üzvü Artyom Xaçaturov da bu komandanın formasını geyinir. 

Klublar arasında cavab oyunu iyulun 10-da Bakıda keçiriləcək. "Tiraspol"un əsas heyətinin üzvü Xaçaturov bu görüşdə iştirak edəcəyi gözlənilir. 

Qaynar.info