2016-cı il aprel müharibəsinin gedişatında Dağlıq Qarabağda həlak olmuş çavuş Robert Abramyanın bədəninin tibbi məhkəmə ekspertizası nəticəsində onun ölümündən üç gün əvvəl heç nə yemədiyi müəyyən edilib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda çavuşun atası Abram Abramyan bildirib.
O, general Manvel Qriqoryana aid olan ərazilərdə əsgərlər üçün nəzərdə tutulan böyük miqdarda ərzaq məhsulunun Milli Təhlükəsizlik Xidməti tərəfindən aşkarlanması ilə əlaqədar "Azadlıq” radiosunun erməni xidmətinə danışıb: "Bizim uşaqlarımız aclıq çəkəndə, o, öz ayılarını həmin ərzaqla yedirirdi. Mənim uşağım ölümündən əvvəl üç gün ac idi. Onun üç gün heç nə yemədiyini göstərən kağızları gətirə bilərəm. Tox olsaydı, bu ağrıya müqavimət göstərər, sağ qalardı”.
Onun sözlərinə görə, ordudakı oğurluqlar haqqında hələ 2016-cı ilin aprelindən bilirdilər.
"Ararat vilayətinin uzaq Taperakan kəndində yaşayaraq bu haqda bilirdimsə, deməli, bütün yüksəkvəzifəli məmurlar bu haqda dəqiq bilirdilər. İnsanlar şəxsən mənə danışırdılar ki, əsgərlərə çatdırılması üçün yardım aparırdılar. Amma Manvel Qriqoryan deyirdi: mənə gətirin və anbarlarda saxlayaq”, - Abram Abramyan vurğulayıb.
Dördgünlük aprel müharibəsinin gedişatında həlak olmuş kapitan Ovsep Kirakosyana ailəsi Eçmiədzin yaxınlığında Apaqa kəndində yaşayır. Kirakosyanın anası, Marqarita ağrı ilə danışır ki, Manvel Qriqoryan onlardan bir neçə kilometr aralıda heyvanlara daha çox qayğı göstərirdi.
Kapitanın dul arvadı Maryanın bir arzusu var: uşaqları mənzillə təmin etmək. Marya Manvel Qriqoryanın qəhrəman rütbəsini məhrum edilməsini tələb edir.
"Onlar qəhrəman deyillər. Soyğunçu qəhrəman adlandırıla bilməz”, - o söyləyib.
Xatırladaq ki, Manvel Qriqoryan ötən həftə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi, həmçinin 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinərək həbs olunub.
Manvel Qriqoryan Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqları ilə yadda qalıb. O, sonrakı dövrdə bu qəddarlığının "çörəyini yeyib”. Qriqoryan haqqında yayılan məlumatlara görə, o, müharibə zamanı erməni hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlılardan birini öz evində 4 il müddətində qul kimi işlədib
Şərhlər