Dünya 14:07 13.11.2013

Erməni ordusunda kütləvi zəhərlənmə


Ermənistan Ordusunda kütləvi zəhərlənmə olub.

APA-nın bildirdiyinə görə, bu barədə «Aykakan Jamanak» qəzeti məlumat yayıb.
 
Kütləvi zəhərlənmə 4 gün əvvəl Ararat şəhərində yerləşən hərbi hissədə baş versə də Ermənistan Müdafiə Nazirliyi faktı ictimaiyyətdən gizlədib.
 
Hadisə nəticəsində hərbi hissədə xidmət edən 40-dan artıq hərbçi zəhərlənib. Zəhərlənmənin əsgərlərə verilən toyuq ətindən olduğu bildirilib.

Qaynar.info