Ölkə 22:00 14.07.2018

Ermənilər cəbhə xəttində yenidən yanğın törədib

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

Qaynarinfo xəbər verir ki, yanğın Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində müşahidə olunur. Erməni hərbiçilərinin Qərvənd kəndi ərazisində törətdiyi yanğın neytral ərazilərə yayılıb.

Hazırda yanğın təmas xəttinə yaxın Mirəşelli, Çıraxlı, Əhmədağalı kəndlərindən aydın görünür.